Vətəninfo.az xəbər verir ki, kitabın müəllifi Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru Nigar Gözəlovadır.
Tədbirdə çıxış edən N.Gözəlova Nadir şah Əfşar dövrünə dair apardığı çoxillik araşdırmalarından bəhs edib. Müəllif əsərin ərsəyə gəlmə prosesi barədə məlumat verərək bildirib ki, kitabın əsas üstünlüyü məhz ilkin mənbələrə və arxiv sənədlərinə söykənməsidir. Tədqiqatçı Nadir şahın hərbi və siyasi fəaliyyətinin qaranlıq qalan məqamlarını oxucular üçün geniş şəkildə şərh edib.
Təqdimat zamanı kitabın əsas fəsilləri və elmi əhəmiyyəti ətrafında müzakirələr aparılıb.
Tarixi sənədlər əsasında hazırlanan əsər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar vurğulayıblar ki, bu cür fundamental tədqiqatlar Azərbaycan tarixşünaslığında Nadir şah şəxsiyyətinə obyektiv baxış bucağının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbirin sonunda imza saatı keçirilib və xatirə şəkilləri çəkdirilib.














