AZ

Vensdən İsrailə soyuq duş: “İran rejimini devirmək…”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin dayandırılması istiqamətində potensial sülh danışıqlarında Vaşinqtonun baş təmsilçisi olmağa hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu proses çərçivəsində o, regionun əsas oyunçuları ilə intensiv təmaslar qurur.

İsrail mediasında yer alan məlumatlara görə, Vens artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə bir neçə dəfə danışıqlar aparıb, Fars körfəzi ölkələrindəki müttəfiqlərlə görüşüb və iranlılarla dolayı təmaslar saxlayıb. Netanyahu ilə söhbəti zamanı Vens İsrailin İrandakı mövcud rejimin devrilməsi ilə bağlı nikbin proqnozlarına şübhə ilə yanaşdığını bildirib. Vitse-prezident bu qiymətləndirmələrin həddindən artıq şişirdildiyini diqqətə çatdırıb.

Gözlənilir ki, yaxın həftələrdə sülh danışıqları baş tutarsa, Amerika nümayəndə heyətinə məhz Cey Di Vens rəhbərlik edəcək. Onun bu mövqeyi Vaşinqtonun münaqişəyə daha təmkinli və diplomatik həll variantına üstünlük verdiyinin göstəricisi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
25
nocomment.az

1Mənbələr