Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rumıniyanı məğlub edən Türkiyənin 24 illik həsrətə son qoymaq və mundiala vəsiqə qazanmaq üçün qarşısında son bir maneə qalıb. "Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası martın 31-də Priştinada cəmi 13980 azarkeş tutumuna malik olan ''Fadil Vokrri'' stadionunda Kosovo yığmasını məğlub etməlidi. Kosovolular dünən səfərdə Slovakiyanı 4:3 yenməklə elə-belə rəqib olmadıqlarını göstərdilər. Bu komandanın lideri, kapitanı, ən məhsuldar oyunçusu və əsas qol silahı sözsüz ki, Vedat Muriqidi. Hazırda ''Malyorka''nın şərəfini qoruyan təcrübəli forvard daha öncə ''Girəsunspor'', ''Gənclərbirliyi'', ''Çaykur Rizəspor'' və ''Fənərbaxça''da top qovduğundan Türkiyə futboluna gözəl bələddi. 31 yaşlı futbolçu Slovakiya ilə oyunun ardından açıqlamalar verib və Türkiyə ilə matç haqda da fikirləri ilə bölüşüb:
''Çox sevincli və xoşbəxtik. Normal, amma çox mühüm bir qələbə qazandıq. Bratislavaya Avropanın və dünyanın dörd bir tərəfindən bizi dəstəkləyən azarkeşlər gəlmişdi. Onlara təşəkkür edirəm. Paltardəyişmə otağında böyük sevinc yaşadıq. Qələbəni doyunca qeyd etdik. İndi sevinməyə, əylənməyə layiqik, amma hələ heç nəyə nail olmamışıq. Dünya çempionatına vəsiqə qazanmaq və tarix yazmaq üçün atmalı olduğumuz daha bir kiçik addım var. Mundialda oynamaq hər zaman mənim ən böyük arzum olub və bunu tez-tez dilə gətirmişəm. Fikrimcə, öz ölkəsini təmsil edən hər bir futbolçu üçün zirvə nöqtəsi DÇ-də yer almaqdı. Ümid edirəm ki, bu arzuma çatacam və dünyanın dörd bir tərəfindəki kosovolulara böyük xoşbəxtlik yaşadacağıq. Hətta Albaniyanın da dəstəyini hiss edirik. Onlara da minnətdarıq. Bu dəstəyi Türkiyəyə qarşı son matçda da hiss etmək istəyirik. Çox böyük dəstəyimiz olacaq. Türkiyənin səviyyəsini bilirik. Onların Slovakiyadan yaxşı komanda olduğunu düşünürəm. Amma zəif nöqtələrini də bilirik. Ona görə də əlimizdən gələni edərək ən azı bu matçda olduğu kimi mübarizə aparacağıq. Fanatlarımızın dəstəyi sayəsində işimiz bir qədər asanlaşacaq''.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.