AZ

Qalibafdan ABŞ-yə “otel” ironiyası: “Öz əsgərini qoruya bilmir”

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-nin regiondakı hərbi gücünü və şəxsi heyətini qorumaq qabiliyyətini kəskin tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O, Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunun zəifliyini xüsusi vurğulayıb.Spiker qeyd edib ki, ABŞ ordusu regiondakı bazalarında təhlükəsizliyi təmin edə bilmədiyi üçün qeyri-adi üsullara əl atır.

“Regiondakı bazalarında öz əsgərlərini belə qoruya bilməyən, onları otellərdə və parklarda gizlədən ABŞ, onları bizim ərazimizdə necə qoruya biləcək?” – deyə Qalibaf paylaşımında bildirib.

Bu açıqlama regionda gərginliyin artdığı və tərəflər arasında qarşılıqlı hədələrin sərtləşdiyi bir vaxtda xüsusi diqqət çəkib. İranlı rəsminin sözlərinə görə, Pentaqonun hərbi infrastrukturu regiondakı mövcud təhdidlər qarşısında aciz qalıb.

Sara,
NOCOMMENT.az

Seçilən
36
nocomment.az

1Mənbələr