AZ

Medvedyevin olduğu ərazi PUA ilə BOMBALANDI Rusiyada TƏŞVİŞ

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qubernator Vasili Anoxin özünün Telegram kanalında bildirib ki, martın 27-də Ukrayna dronları Smolensk vilayətinə hücum edib.

Musavat.com bildirir ki, hava hücumundan müdafiə qüvvələri və təyyarələr altı dron vurub, bundan sonra qəza yerinə təcili yardım bölmələri göndərilib.

Qubernator yeddi dron müşahidə olunduğunu yazıb. O, "heç bir itki və ya ziyan olmayıb" deyə əmin edib. Ukrayna Silahlı Qüvvələrinin dron zərbəsi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin dövlət müdafiə əmrlərinin icrasını yoxlamaq üçün bölgəyə səfər etdiyi gün baş verib.

Regionun müdafiə sənayesinə xüsusən də, "Taktiki Raket Korporasiyası"nın bir hissəsi olan və ehtimal ki, Medvedyevin ziyarət etdiyi Smolensk Aviasiya Zavodu (ASC "Smolensk Aviasiya Zavodu" (SMAZ)) daxildir. Ukrayna mediasının məlumatına görə, hücumun hədəfi ora olub. "Eksilenavo+" teleqram kanalı yazır ki, zavodun girişində Fövqəladə Hallar Nazirliyinin maşınları görüntülənib. "Astra" teleqram kanalı da bu məlumatı təsdiqləyib. Ukrayna kəşfiyyatının məlumatına görə, kruiz raketləri və dronlar istehsal edən zavoda təcili yardım maşınları gəlib və onların gəlişindən əvvəl şəhərdə bir neçə partlayış səsi eşidilib.

Qeyd edək ki, işğalçı müharibə başlayandan Medvedyev Ukraynanı və prezident Zelenskini təhdid edir. O, tez-tez nüvə bombasından istifadə ediləcəyi ritorikası ilə danışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
hurriyyet.az

4Mənbələr