AZ

da saxta elan yerləşdirdi, 1148 manat ələ keçirdi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Oğuz rayonunda hind quşu almaq istəyən şəxs dələduzluqla üzləşib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Sərxan 2025-ci ilin iyun ayında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "Tap.az" elektron saytında ev quşu satışına dair elan yerləşdirib. O, Oğuz rayon sakini Əhlimanın (adlar şərtidir – red.) hind quşu satın alınması ilə bağlı ona müraciət etməsinə nail olub, ona ədədinin qiyməti 7 manat olmaqla, 150 ədəd hind quşu göndərəcəyini yalandan bildirib. Bu adla Əhlimanı inandırmaq üçün 1148 manat məbləğində pul verilməsi müqabilində ona 190 ədəd hind quşu verəcəyinə yalandan vəd verib. Həmin adla zərərçəkmiş şəxs bankomat kart hesabına 1148 manat məbləğində pulun göndərilməsinə nail olub, həmin pulu ələ keçirib. Sərxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Oğuz Rayon Məhkəməsinin hökmü ilə Sərxan 1 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşayış yeri Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşən evi tərk etməsi, həmçinin Sabirabad rayonunun ərazi hüdüdlarını tərk etməsi qadağan olunub.Təqsirləndirilən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr