AZ

Hörmüz yenə bağlandı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İranın strateji Hörmüz boğazını bağlaması bölgədə hərbi və iqtisadi gərginliyi son həddə çatdırıb. İnqilab Keşikçiləri Korpusu (SEPAH) rəsmən elan edib ki, İsrail-Amerika ittifaqı və onlara dəstək verən limanlarla əlaqəli heç bir gəminin keçidinə icazə verilməyəcək.Artıq bu səhər saatlarında üç konteyner gəmisinin boğazdan keçmək cəhdinin qarşısı alınıb. İran hərbi gəmilərinin müdaxiləsindən sonra həmin gəmilər istiqamətlərini dəyişərək geri dönmək məcburiyyətində qalıblar. Tehran rəhbərliyi Vaşinqtonun "boğaz açıqdır" bəyanatlarını təkzib edib.Vəziyyətin ciddiliyi mülki əhaliyə edilən çağırışlarda da özünü göstərir. İran tərəfi bölgə ölkələrində yaşayan insanlara müraciət edərək, ABŞ hərbi bazalarının ətrafını dərhal tərk etməyi tapşırıb. Açıqlamada qeyd olunub ki, Amerika qüvvələrinin olduğu hər bir nöqtə hədəfdir və dinc sakinlərin zərər görməməsi üçün təhlükəli zonalardan uzaqlaşmaq vacibdir.Müharibənin 27-ci günündə atılan bu addım dünya enerji bazarı üçün də ciddi siqnal hesab olunur. Martın 11-də boğazda vurulan Tayland bayraqlı gəmidə yanğın hələ də sönməyib.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr