AZ

Kürdə köməksiz qalan ata ana və iki övladları xilas olundu YENİLƏNİB

ain.az bildirir, Lent az portalına istinadən.

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Lent.az APA-ya istinadla bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər Gədəbəy rayon sakinləri, 36 yaşlı E.Mustafayev, onun həyat yoldaşı 30 yaşlı B.Quliyeva və onların övladları 7 yaşlı B.Mustafayeva, 1 yaşlı  A.Mustafayevdir.

Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.

***

13:45

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar.

Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
lent.az

10Mənbələr