AZ

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

ain.az bildirir, Axar.az portalına istinadən.

İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuad Oqtay deyib.

O bildirib ki, bu hücumların İrana heç bir faydası yoxdur:

“Azərbaycanla tez-tez bu mövzuda müzakirələr aparırıq. Həm Azərbaycana, həm də Türkiyəyə İran tərəfindən raketlərin atılması əsla baş verməməli idi. Çünki Azərbaycan və Türkiyə bu müharibənin mənasız olduğunu ən güclü şəkildə ifadə edən ölkələr sırasındadır. Burada təxribat ehtimalları da ciddi şəkildə müzakirə olunur. Çünki İranın bu iki ölkəyə hücum etməsinin ona heç bir faydası yoxdur. Məsud Pezeşkian da açıqlamasında bildirib ki, bu hücumlar İran tərəfindən həyata keçirilməyib”.

Fuad Oqtay Azərbaycan və Türkiyəyə atılan raketlərin kimin göstərişi ilə həyata keçirildiyinin araşdırılmasının vacib olduğunu vurğulayıb:

“Bəli, raketin İran ərazisindən atıldığı məlumdur və düyməyə basan şəxsin iranlı olması mümkündür. Lakin əsas məsələ odur ki, həmin düyməyə kimin göstərişi ilə basıldığı araşdırılmalıdır”, – deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
16
axar.az

10Mənbələr