AZ

Fuat Oktay: Azərbaycan və Türkiyəyə atılan raketlərin arxasında duranlar araşdırılır

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

F.Oktay jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, baş verən hadisələrin İrana heç bir faydası yoxdur və məsələ ilə bağlı Azərbaycan tərəfi ilə mütəmadi müzakirələr aparılır. Onun sözlərinə görə, həm Azərbaycana, həm də Türkiyəyə qarşı belə hücumların baş verməsi qəbuledilməzdir. Komitə sədri bildirib ki, hadisədə təxribat ehtimalı da nəzərdən keçirilir. O vurğulayıb ki, İranın bu iki ölkəyə hücum etməsinin məntiqi izahı yoxdur. Bu kontekstdə Məsud Pezeşkian da açıqlamasında hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib. F.Oktay əlavə edib ki, raketin İran ərazisindən atıldığı məlum olsa da, əsas məsələ əmri verən şəxsin kimliyinin müəyyən edilməsidir. “Raketin buraxılması texniki olaraq mümkün olub, lakin əsas sual həmin əmrin kim tərəfindən verildiyidir”, – deyə o qeyd edib. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azvision.az

1Mənbələr