AZ

Ağ Evin rəsmi “X“ hesabında ŞİFRƏLİ PAYLAŞIMLAR FOTO

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərq regionunda gərginliyin və sualların səngimədiyi bir vaxtda Ağ Ev diqqətçəkən addımlar atıb.

Moderator.az xəbər verir ki, qurumun "X" platformasındakı rəsmi səhifəsində bir sıra şifrəli paylaşımlar edilib.

İlk olaraq Ağ Evin binası nümayiş olunub. Ardından isə müxtəlif şəkillərin yer aldığı kollaj yayımlanıb. Amma bu kadrlar dumanlı və aydın olmayan formada təqdim edilib. Fotolarda sadəcə ABŞ lideri Donald Trampın silueti nəzərə çarpır. Həmçinin, Vitse-prezident Ceyms Devid Vensin də çətin seçilən cizgiləri müşahidə olunub. Birləşmiş Ştatların rəhbərliyinin bu paylaşımla hansı mənanı ifadə etməsi, mesajı verməsi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə də sözügedən profildə fərqli bir video yayımlanmışdı. Həmin kadrlarda öncə qadın ayaqları, daha sonra isə "Tezliklə fəaliyyətə başlayacaq" ifadəsi əks olunub. Ancaq sonradan həmin video Ağ Evin hesabından yığışdırılıb. Bu cür gedişatlar isə cəmiyyətdə əlavə suallar və narahatlıqlar doğurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
moderator.az

3Mənbələr