AZ

Bir milyondan çox iranlı səfərbər edildi

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 18,738 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Təkcə fevralda Türkiyə Azərbaycana 9,947 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,2 % çoxdur.

İki ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 2,7 % azalaraq 1,148 milyard ABŞ dollarına, fevralda isə 3,7 % artaraq 612 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya 135 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,6 % çox), İtaliya 80,837 milyon ABŞ dolları (+9,1 %) və Böyük Britaniya 78,65 milyon ABŞ dolları (-6,7 %) həyata keçirib.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

4Mənbələr