AZ

SON DƏQİQƏ! Dollarla bağlı YENİ QƏRAR – Bundan sonra…

ABŞ-nin yaranmasının 250 illik yubileyi ərəfəsində dövriyyəyə buraxılacaq yeni dollarların üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzalarının yer alacağı barədə qərar dünya maliyyə sistemində və siyasi arenada böyük maraq doğurub.

NOCOMMENT.az xəbər verir ki, Skott Bessentin də qeyd etdiyi kimi, bu addım Donald Trampın dövlətçilik tarixindəki rolunu və onun rəhbərliyi altında əldə edilən uğurları əbədiləşdirmək məqsədi daşıyır. İstiqlaliyyət Bəyannaməsinin 250 illiyi kimi mühüm bir tarixi məqamda milli valyutanın simasının dəyişdirilməsi həm daxili auditoriyaya, həm də qlobal bazarlara bir mesaj xarakteri daşıyır. Adətən ABŞ dollarlarının üzərində Xəzinədarlığın rəsmilərinin imzaları yer alsa da, dövlət başçısının imzasının bu prosesə daxil edilməsi hakimiyyətin iqtisadi siyasət üzərindəki qətiyyətini və tarixi varislik hissini vurğulamaq cəhdidir. Trampın bu addımda əsas məqsədi öz siyasi irsini Amerika iqtisadiyyatının ən güclü simvolu olan dollarla birbaşa bağlamaq və ölkənin iqtisadi dirçəlişini öz adı ilə eyniləşdirməkdir.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, bu, ABŞ-nin maliyyə tarixində kifayət qədər qeyri-adi və simvolik bir hadisədir:

“Normalda ABŞ əskinaslarında Maliyyə naziri (Secretary of the Treasury) və Xəzinədarın (Treasurer) imzaları olur. Prezidentin imzasının bura əlavə edilməsi, ilk növbədə, siyasi gücün iqtisadi rəmzləşdirilməsidir. Donald Tramp bununla göstərmək istəyir ki, onun dövrü Amerikanın 250 illik tarixində yeni bir mərhələdir və iqtisadiyyatdakı hər bir uğur birbaşa onun idarəçilik imzasıdır”.

Onun sözlərinə görə, bu qərarın arxasında həm də psixoloji amillər dayanır:

“Dollar dünyada ən çox etibar edilən valyutadır və onun üzərində prezidentin imzasının olması həm ABŞ vətəndaşlarına, həm də xarici investorlara dövlətin valyuta arxasında nə qədər güclü dayandığını nümayiş etdirmək üçündür. Tramp administrasiyası bu yubileyi həm də iqtisadi suverenliyin və milli qürurun nümayişi kimi istifadə edir ki, bu da dolların qlobal hegemonluğunu simvolik olaraq möhkəmləndirməyə xidmət edir”.

Tunar
NOCOMMENT.az

Seçilən
20
nocomment.az

1Mənbələr