AZ

Hikmət Hacıyev Macarıstan nazirinin baş milli təhlükəsizlik müşaviri ilə görüşdü

“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”.

 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” səhifəsində məlumat verib.
 
O bildirib ki, görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
 
“Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik və mədəni əlaqələrə əsaslanan türk dünyası ilə güclü əməkdaşlığı və Türk Dünyası ilə əlaqələr çərçivəsində öhdəliyi olduqca təqdirəlayiqdir. Davam edən qlobal qarışıqlıq kontekstində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir”, - dövlət rəsmisi əlavə edib.
Seçilən
21
10
yenilik.az

10Mənbələr