AZ

Azərbaycanda FACİƏ: ÖLƏN VAR

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib. Astara rayon sakini, 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi "Mersedes" markalı 90 XB 185 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib, avtomobildə olan iki sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
3
Ajans.az

6Mənbələr