AZ

Tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakı şəhərində anadan olub.

O, ilk musiqi təhsilini 1971-1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı beşillik musiqi məktəbinin fortepiano sinfində alıb.

1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirən V.Gərayzadə 1993-1997-ci illərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib.

Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.

Vaqif Gərayzadə müxtəlif janrlarda, o cümlədən caz, pop janrında əsərlərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, "Aypara", "W-trio", "Şeron" musiqi qruplarının yaradıcısı, "Şərq ulduzları" və "Şərq çırağı" vokal qruplarının rəhbəri olub.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Bir çox hit musiqilərin müəllifi olan bəstəkar Azərbaycan estradasında Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın, Röyanın və bir çox tanınmış müğənnilərin yetişməsində böyük rol oynayıb.

Ailəlidir, 2 övladı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
oxu.az

1Mənbələr