AZ

​Dünyanın ən ağıllı ermənisi

Ölmədik, bu günü də gördük. Axır ki, ağıllı bir erməni gördük... Arif oxucu söhbətin kimdən getdiyini bilir. Bilməyənlər üçün yazıram: mənə görə, hazırda dünyada ən ağıllı erməni Alen Simonyandır. Ermənistan parlamentinin gənc və perspektivli spikeri, 3 uşaq atası olan Simonyanı nəzərdə tuturam. Nahaq deməyiblər ki, ağıl yaşda deyil, başdadır... Yəqin ki, Alen Simonyanın ermənilərə ən çox nifrət edən azərbaycanlılardan biri olan bəndənizin təqdirini necə qazandığını siz də bilirsiniz. Paşinyanla metroda veyillənməyinə, avtobusda qarğıdalı yeyib əlini ustünə silməyinə baxmayın, Alen ağıllı oğlandır. O, gözəl Qarabağımıza "Artsax" deyən erməni jurnalistinin üstünə çımxırıb, onu uşaq kimi danlayıb. Hətta özündə güc-qüvvət taparaq "ora Qarabağdır, Azərbaycan torpağıdır", - deyib. İndi onu ermənilər söyür, azərbaycanlılar öyür...Paşinyan iqtidarının nüfuzunun aşağı düşdüyü bir vaxtda Alen Simonyanın ermənilər üçün son dərəcə həssas olan bir mövzuda bu cür danışmağı səbəbsiz deyil. Onu təcrübə danışdırır. Erməni spiker yaxşı bilir ki, revanşist düşüncə ona və ölkəsinə yaxşı heç nə vəd etmir.44 günlük Vətən müharibəsi yaxın keçmişdə baş verdiyi üçün həmin günləri hamı xatırlayır. Simonyan o vaxt Ermənistan parlamentinin üzvü olub. İqtidar partiyasını təmsil etdiyi üçün onun cəbhədə baş verənlərlə bağlı daha çox məlumatı olub. Müharibəyə getməmək üçün kütləvi şəkildə ölkəni tərk edən erməni gənclərini öz gözləri ilə görüb. Zorla cəbhəyə göndərilən əsgərlərin Azərbaycan Ordusunun qətiyyətli hücumlarından sonra silahı atıb Haykanuşun tumanı altda gizləndiyinin dəfələrlə şahidi olub. Yekəpər ermənilərin tankı qoyub unitazı apardığını isə təkcə Simonyan deyil, bütün dünya görüb. Hamının gördüklərini gördüyü, hamının bildiklərindən daha çox şey bildiyi üçün revanşist fikirləri rədd edir, müharibə istəmir. Ağıllı adamdır. Allah o biri soydaşlarına da ağıl versin ki, Xocalıda törətdikləri vəhşiliyə görə gələcəkdə üzlərinə tüpurməyə bir-iki erməni tapılsın...

Seymur Verdizadə

Seçilən
3
metbuat.az

1Mənbələr