AZ

Uşağı ona göstərməyən qaynanasını döydü

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kürdəmir rayonunda 42 yaşlı kişi qayınanasına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Oqtay qayınanası Əsmərin (adlar şərtidir – red.) evinə gəlib. O, qayınanasının evində olan uşaqlarını görmək istəməsini bildirib. Amma qayınana kürəkəninə kobud cavab verməsi səbəbindən aralarında mübahisə baş verib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyəsinə yumruqla, təpiklə bir neçə dəfə qəsdən vurub. Oqtayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Oqtay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onunla həyat yoldaşı Sevil arasında bir müddətdir narazılıq var:“Sevil mənim sözümü eşitməyib, heç bir səbəb olmadan mənimlə mübahisə edib. Məlum hadisə günü, saat 16 radələrində evdə olan zaman mənimlə Sevil arasında yenə sözlə mübahisə baş verdi. Sonra o, evdən çıxaraq getdi. Mən isə uşaqlarımın arxasınca məktəbə getdim. Lakin uşaqlar məktəbdə olmayıb. Bundan sonra uşaqlarımı görmək üçün qayınatamın evinə getdim. Mən onların evində olan zaman qarşıma qayınatam və qayınanam çıxdı. Onlara uşaqlarımı görmək istədiyimi bildirdim. Bu zaman Əsmər kobud cavab verərək üstümə hücum etdi, əynimdə olan gödəkçəni cırdı. Mən də özümü müdafiə etmək məqsədilə onu əlim ilə itələməyə başladım. Həmin vaxt qayınatam bizi araladı. Mən evimə getdim”.Təqsirləndirilən şəxs bildirib ki, 2012-ci ildə Sevil ilə ailə qurub və onların iki uşağı olub. Onun sözlərinə görə, mübahisə zamanı özü heç bir bədən xəsarəti almayıb. O, ifadəsinin sonunda zərərçəkmişlə barışdığını, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib. Zərərçəkmiş Əsmərin sözlərinə görə, məlum hadisə günü saat 18 radələrində evdə olan zaman qızı Sevil gəlib: “Söhbət zamanı onunla əri Oqtay arasında yenə mübahisə baş verdiyini, ona görə də evdən qaçaraq bizə gəldiyini dedi. Təxminən 15-20 dəqiqə sonra Oqtay gələrək səs-küy saldı. Oqtayı sakitləşdirmək istəyən zaman mənə bədən xəsarətləri yetirdi. Bundan sonra küçədən daş parçası ilə evin pəncərəsini vuraraq sındırdı. Daha sonra həyat yoldaşım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat verdi”. Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib. Buna əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə  xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
demokrat.az

1Mənbələr