AZ

“Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı

Kristal” və “Landau Education Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.

Razılaşmaya əsasən, “Kristal” layihələri çərçivəsində təhsil infrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.

“City Garden Narimanov” layihəsində LANDAU School-un yeni “City Garden Narimanov” korpusu fəaliyyətə başlayacaq. Yeni tədris korpusunun 2026-cı ilin sentyabr ayından etibarən şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Müasir tədris prinsiplərinə uyğun şəkildə hazırlanan məktəbdə şagirdlərin akademik və sosial inkişafını dəstəkləyən geniş imkanlar yaradılıb. Buraya 50 kv.m sahəyə malik sinif otaqları, geniş ümumi istifadə zonaları, 250 nəfərlik akt zalı, böyük idman zalı, açıq hava oyun sahəsi və ən son STEAM otağı daxildir. Korpusda məktəbəqədər hazırlıq, Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris həyata keçiriləcək.

Seçilən
6
16
publika.az

10Mənbələr