AZ

Koxalski keçəcəyi komandadan gözləntilərini açıqladı

“Qarabağ” qapıçısı Mateuş Koxalski “Qarabağ”la yolları ayıracağı barədə yayılan xəbərlərdən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, polşalı qolkiper bu barədə “Sport.pl” nəşrinə müsahibəsində bildirib.

25 yaşlı qapıçı ilk olaraq ABŞ-nin MLS liqasına transfer imkanını niyə rədd etdiyini açıqlayıb. Bildirib ki, MLS-dən təkliflər alsa da, əsas məqsədi Avropada qalmaq və Avropa kuboklarında çıxış edən kluba transfer olunmaqdır. Koxalski qeyd edib ki, karyerasını daha yüksək səviyyədə davam etdirmək istəyir və bu səbəbdən ABŞ variantını qəbul etməyib:

“Avropa kuboklarında oynayan klublar mənim üçün daha maraqlıdır. Bu səbəbdən MLS-ə keçid imkanını rədd etdim. Haraya gedəcəyim hələ məlum deyil, çünki bu, bir neçə amildən asılıdır. Əsas istəyim yeni komandada əsas heyətdə oynamaqdır”.

Polşalı futbolçu xüsusilə İngiltərə Primer Liqasında çıxış etməyi arzuladığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ildən Qarabağın formasını geyinir.

"Cebheinfo.az"

Seçilən
36
cebheinfo.az

1Mənbələr