Trend xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin İctimai İşlər və Mənzil Nazirliyinin nəzdində Hökumət Kommunikasiya Mərkəzi hücuma dair açıqlamanı "X" sosial şəbəkə hesabı vasitəsilə yayımlayıb.
Açıqlamada, Mübarək əl-Kebir limanına ikili hücum təşkil edildiyi bildirilib. Hücum nəticəsində limanın infrastrukturu zədələnib, xəsarət alan olmayıb.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin "X" şəbəkə hesabındakı açıqlamaya görə, paytaxt Ər-Riyad bölgəsinə 6 balistik raketlə hücum təşkil edilib. Raketlərdən ikisi vurulub, digər dördü isə Körfəz sularına və boş ərazilərə düşüb.
Açıqlamada, hücumun mənbəyi itkilərlə bağlı məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31