"Kristal" və “Landau Education Group” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.
Razılaşmaya əsasən, “Kristal” layihələri çərçivəsində təhsil infrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.