AZ

Epşteyn qurbanları ABŞ hökuməti və Googleu məhkəməyə verdi

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Maliyyəçi Ceffri Epşteynin qurbanlarından ibarət qrup son aylarda dərc olunmuş sənədlərdə şəxsi məlumatların açıqlanmasına görə ABŞ administrasiyasına və "Google" axtarış sisteminə qarşı kollektiv iddia qaldırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, iddiada bildirilir ki, ABŞ hakimiyyəti Ədliyyə Nazirliyi vasitəsilə məlumatların sürətli və geniş şəkildə açıqlanmasına üstünlük verib və zərərçəkənlərin şəxsi məlumatlarının lazımi səviyyədə qorunmasını təmin etməyib.

Qeyd olunur ki, sonradan hökumət qurbanların şəxsi məlumatlarını açıq sənədlərdən silib. Lakin iddiaçılar bildirirlər ki, "Google" kimi platformalar müraciətlərə baxmayaraq həmin məlumatları hələ də göstərməyə davam edir.

İddiaçılar ABŞ Ədliyyə Nazirliyindən hər bir zərərçəkənə azı 1000 dollar kompensasiya ödənilməsini, həmçinin "Google"a qarşı cərimə sanksiyalarının tətbiq olunmasını tələb edirlər. Onların fikrincə, bu sanksiyalar həm cəza, həm də gələcəkdə oxşar halların qarşısını almaq üçün kifayət qədər ciddi olmalıdır.

Bundan əlavə, iddia müəllifləri məhkəmədən "Google"un zərərçəkənlərin şəxsi məlumatlarını dərhal və tam şəkildə silməsini tələb edirlər./Lent.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
bakivaxti.az

3Mənbələr