ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasının rəhbəri Honq So-yunq, 40 ehtiyatda olan hərbçinin Hörmüz boğazındakı gəmilərə yerləşdirildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, "Yonhap" agentliyinin xəbərinə görə, Honq So-yunq jurnalistlərə verdiyi bəyanatda Hörmüz boğazındakı gəmilərə yerləşdirilən hərbi heyətin vəziyyəti barədə məlumat verib.
Məlumata əsasən, Hörmüz boğazında yerləşən 17 gəmidə ümumilikdə 40 ehtiyatda olan hərbçinin vəzifə yerinə yetirdiyini açıqlayan Honq, müvafiq nazirliklərlə vəziyyəti hər gün izlədiklərini, heyətin təhlükəsizliyinə və ehtiyaclarına böyük önəm verdiklərini qeyd edib.
Honq sözügedən heyətin yerləşdirilmə tarixinə dair təfərrüatları açıqlamayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.