AZ

Bu beş ölkə ərazisini ABŞ a verib: İrana hücum üçün

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Körfəz ölkələri ABŞ-a İrana hücumlarda kömək ediblər. 

“Cebheinfo.az” “Fars News” agentliyinə istinadən xəbər verir ki, beş regional ölkə - Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı - ABŞ-a İrana hücumlar üçün hava məkanlarındanı və infrastrukturlarından istifadə etməsinə icazə verib. 

Bildirilib ki, Amerika qüvvələri hava, dəniz və raket hücumları üçün təkcə hərbi bazalardan deyil, həm də bu ölkələrin dəniz sularından, quru ərazilərindən və səmalarından istifadə edib.

Daha öncə Prezident Donald Tramp da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Vaşinqtonun tərəfində olduğunu bildirərək dolayı yolla Ər-Riyadın dəstəyini təsdiqləyib. 

Bundan əlavə, BƏƏ-nin ABŞ-dəki səfiri bu yaxınlarda “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində ABŞ-İsrail hücumlarını dəstəklədiyini bildirib.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr