AZ

Məzarı müqəddəsləşdirmək məqsədilə hazırlanan sənduqələr dini, tarixi, mədəni yaddaş daşıyıcısıdır Video

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, sözün əsl mənasında qədim Bakı tarixini özündə qoruyub saxlayır. Bu muzeyə baş çəkdiyiniz zaman, sanki qədim Bakıda addımlayırsınız.

Muzeydə qədim dövrlərə aid sənduqələr də nümayiş etdirilir. Bu sənduqələr, elə Qala kəndində aşkarlanıb. Sənduqələr əsasən orta əsrlərdə geniş yayılmışdı.

Sənduqə qəbir və türbələrin üzərinə yerləşdirilən abidədir.. Sənduqələr adətən mərhumun qəbrini örtmək, məzarı müqəddəsləşdirmək məqsədi daşıyırdı.

Azərbaycan ərazisində sənduqələr xüsusilə Şirvan, Naxçıvan və Qarabağ memarlıq məktəblərində geniş yayılıb. Qədim dövrlərdə sənduqələr üzərində Qurandan ayələr, dualar, mərhumun adı, nəsli və vəfat tarixi həkk olunurdu.Eyni zamanda abidələrin üzərində olan naxışlar,oymalar dövrün estetik zövqünü və oyma sənətinin yüksək səviyyəsini əks etdirirdi.

Tarixən sənduqələr hökmdarlar, alimlər, din xadimləri və nüfuzlu şəxslərin qəbirləri üzərində ucaldılıb.

Sənduqələrin hazırlanmasında əsasən mərmər, əhəngdaşı və ya sərt ağacdan istifadə olunurdu.

Zaman keçdikcə sənduqələr təkcə dini deyil, həm də tarixi-mədəni yaddaş daşıyıcısına çevrildi. Bu gün sənduqələrin yerini uca mərmər abidələr tutub. Amma hələ də keçmişin marağında olanlar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim sənduqələrlə tanış ola bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
bizimyol.info

1Mənbələr