AZ

İrandan “Traktor” futbol komandasına görə sərt qərar

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fevralın 28-də ABŞvə İsrailin İrana hücumlarından təxminən bir ay sonra İranın İdman və Gənclər Nazirliyi açıqlama yayıb.

İdman.Biz İSNA xəbər agentliyinə istinadla xəbər verir ki, İranın İdman və Gənclər Nazirliyi “düşmən hesab edilən, iranlı atletlərin və komanda üzvlərinin təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə milli və klub komandalarının iştirakının növbəti xəbərdarlığa qədər qadağan edildiyini” açıqlayıb.

Qadağanın səbəbi kimi Asiya Çempionlar Liqasında (AÇL) “Traktor” komandasının Səudiyyə Ərəbistanında Əmirliklər komandası ilə qarşılaşması barədə yayılan xəbərlər göstərilib. Nazirlik bildirib ki, İran Futbol Federasiyası (İFF) və klublar oyunların yerini dəyişdirmək üçün Asiya Futbol Konfederasiyasına (AFK) məlumat verməyə borcludurlar.

Bu addım iyun ayında ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatından bir neçə ay əvvəl atılıb. Mundiala vəsiqə qazanan İranın qrup mərhələsində “Yeni Zelandiya”, “Belçika” və “Misir”ə qarşı oyunlarının ABŞ-də keçirilməsi planlaşdırılır.

Bu ay baş verən digər səs-küylü insident zamanı qadınlardan ibarət İran yığmasının altı futbolçusu və bir rəsmi şəxsi Asiya Kuboku (AK) zamanı dövlət himnini oxumaqdan imtina etdikdən sonra Avstraliyadan sığınacaq istəyib. Bu hadisə Tehranın onları “xain” adlandırmasına səbəb olub. Onlardan beşi sonradan qərarını dəyişərək İrana qayıtsa da, ikisi Avstraliyada qalıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr