
Moskva və Maskat regionda vəziyyətin normallaşdırılması üçün İran ətrafındakı münaqişənin tezliklə nizamlanmasına hərtərəfli dəstək verməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbər müavini Georgi Borisenko və Omanın Moskvadakı səfiri Həmud bin Salem ət-Tuayxan arasındakı görüşün yekunlarına dair Rusiya diplomatik qurumunun yaydığı məlumatda deyilir.
"Əsas diqqət ABŞ və İsrailin İrana qarşı əsassız təcavüzü nəticəsində Körfəz zonasında yaranan eskalasiyaya yönəldilib. Hər iki tərəf regionun bütün dövlətlərinin qanuni maraqları nəzərə alınmaqla, vəziyyətin uzunmüddətli və dayanıqlı normallaşmasına nail olmaq məqsədilə münaqişənin siyasi-diplomatik yollarla tezliklə nizamlanmasına hərtərəfli kömək göstərməyə hazır olduqlarını ifadə ediblər", — deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva