AZ

Xəzərdə suyun azalması balıqçılıq üçün çətinliklər yaradıb

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi bölgədə fəaliyyət göstərən balıq vətəgələri üçün ciddi çətinliklər yaradıb. Aparılan müşahidələr göstərir ki, bu proses həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli təsirlərlə müşayiət olunur.

Balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər deyirlər ki, əvvəlki illərlə müqayisədə dənizə çıxış xeyli çətinləşib. Xüsusən Xəzər dənizinin cənub rayonlarına düşən hissəsində tam su içində yerləşən vətəgələr indi qismən quruda qalır. Onların sözlərinə görə, bəzi vətəgələrdə su o qədər çəkilib ki, torları əvvəlki kimi yerləşdirmək mümkün olmur.

Mütəxəssislər isə problemin daha geniş miqyaslı olduğunu vurğulayırlar. Balıqçılar İttifaqının sədri Əfqan Əliyev bildirir ki, suyun çəkilməsi nəticəsində sahilyanı ekosistemlər ciddi dəyişikliklərə məruz qalır. Suyun səviyyəsinin azalması ilə bir çox balıq növlərinin çoxalma və qidalanma zonaları daralır. Bu isə ümumi bioloji müxtəlifliyin azalmasına gətirib çıxara bilər.

Seçilən
52
7
azpost.info

10Mənbələr