AZ

Asiyanın Davosu kimi tanınan Boao İqtisadi Forumu bu gün başa çatdı

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Asiyanın Davosu kimi tanınan Boao İqtisadi Forumu bu gün başa çatdı. Forumdan yayımlanan “İqtisadi Görünüş və İnteqrasiyanın İnkişafı” adlı hesabatda Asiyanın dünya iqtisadiyyatının əsas böyümə mühərriki olduğu qeyd edilib. Hesabata görə, bu il Asiya iqtisadiyyatının 4,5% böyüməsi gözlənilir. Eyni zamanda, İran müharibəsinin yaratdığı risklərin həm Qərb, həm də Asiya iqtisadiyyatlarını sıxışdıracağı vurğulanır.

SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Çinin Hainan əyalətində 24–27 mart 2026-cı il tarixlərində keçirilən Boao Asiya Forumu, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər və İran mərkəzli müharibənin yaratdığı geosiyasi risklərin kölgəsində baş tutdu. “Asiyanın Davosu” kimi tanınan və 2002-ci ildən keçirilən forum bu il qlobal böhranlara qarşı ortaq siyasətlərin axtarışı baxımından mühüm platforma kimi önə çıxdı. Forum çərçivəsində yayımlanan “2026 Asiya İqtisadi Görünüş Hesabatı”nın iqtisadiyyatlar üçün xəbərdarlıq xarakteri daşıdığı bildirilib. Forumun nəticələrinə görə, bu il Asiya iqtisadiyyatında 4,5% böyümə gözlənilir.

Boao Asiya Forumunun təməli 1998-ci ildə qoyulub, 2001-ci ildə isə rəsmi olaraq yaradılıb. Çin rəhbərliyində Asiya və Avstraliya bölgəsindən 26 ölkənin iştirakı ilə qurulan forum ilk toplantısını 2002-ci ildə keçirib. Təsis edilməsində əsas məqsəd Asiya ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirmək, inkişaf hədəflərini dəstəkləmək və regional əməkdaşlığı artırmaq olub. Zaman keçdikcə forum qlobal iqtisadi və geosiyasi məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. 2026-cı il etibarilə forum 25-ci ildönümünü qeyd edir və ABŞ-ın İrana müdaxiləsindən sonra Asiyanın qlobal sistemdə rolu daha da əhəmiyyət qazanıb.

İstanbul Okan Universitetinin Beynəlxalq Maliyyə və Bankçılıq Bölməsinin rəhbəri dosent doktor Turqay Münyas İran müharibəsinin gedişatına uyğun olaraq qlobal iqtisadiyyatın üzləşdiyi riskləri belə dəyərləndirib:

“Qlobal iqtisadiyyat kövrək vəziyyətdədir. Enerji qiymətlərinin artması səbəbindən inflyasiyada yüksəliş meyli müşahidə olunur və bu, ən əsas riskdir. İkinci risk isə odur ki, enerji qiymətlərindəki artım təkcə yüksək inflyasiyaya deyil, həm də iqtisadi artıma mənfi təsir göstərərək onu zəiflədəcək. Geosiyasi risklərin yüksək olması səbəbindən işsizlik səviyyəsində də artım müşahidə ediləcək. Yəni həm yüksək inflyasiya, həm də məşğulluğun azalması kimi problemlər gündəmdə olacaq.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sia.az

2Mənbələr