AZ

Giray Altınokdan yeni serial

Məşhur aktyor Giray Altınok yeni layihəsi üçün imicini dəyişib.

Kulis.az xəbər verir ki, “Prens”, “D.I.S.C.O”, “Var bunlar” və “Başqa bir sən” kimi layihələrlə tanınan aktyor son olaraq aparıcılıq etdiyi yarışma proqramında saqqallı görünüşü ilə diqqət çəkib.

Məlum olub ki, Altınok bu dəyişikliyi “Qustav Mayerin qəribə hekayəsi” adlı yeni serialı üçün edib.

Layihənin rejissoru Umut Araldır.

Çəkilişləri İstanbulda başlayan və Budapeştdə davam edən serialdan ilk kadrlar artıq yayımlanıb.

8 seriyadan ibarət olan layihədə həm baş rolu canlandıran, həm də ideya müəllifi olan Giray Altınok əsrarəngiz qəsrində xidmətçiləri ilə yaşayan, sağ qolu Otto ilə daim birlikdə olan vampir Qustav Mayer obrazını canlandırır.

Serialın aktyor heyətində Özge Özpirinçci, Haluk Bilginer, Bülent Emin Yarar, Uğur Polat, Alican Yücesoy, Kerem Can, Ayşe Tunaboylu və Başak Parlak kimi tanınmış sənətçilər yer alır.

Serial ilk dəfə Avropa serial sənayesi üçün vacib sayılan Series Mania Festivalı çərçivəsində təqdim olunub və böyük maraq doğurub. Serialın yaxın vaxtlarda rəqəmsal platformada yayımlanacağı gözlənilir.

Seçilən
26
1
kulis.az

2Mənbələr