AZ

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

"Qarabağ" ölkə xaricində yaşayan azərbaycanlı futbolçunu baxışa çağırıb.

Bizim.Media xəbər verir ki, həmin oyunçu Altay Ordubadidir.

ABŞ-da doğulan və futbolda ilk addımlarını Koliforniyada atan 21 yaşlı gənc hazırda Bakıdadır.

Mərkəz yarımmüdüfiəçisi mövqeyində çıxış edən həmyerlimiz bir müddət burada qalacaq. Əvəzedici heyətdə məşqə çıxan Altayın əsas komandaya cəlb olunub-olunmaması özünü "dubl"da necə göstərməsindən asılıdır. O, yoxlanışın ilk günlərində heç də pis təsir bağışlamayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
3
bizim.media

4Mənbələr