ABŞ və İsrailin İrana hücumları Moskvanın qəzəbinə səbəb olub və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Ölkə.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəyanatında ABŞ və İsraili İranın nüvə infrastrukturuna hücumları dayandırmağa çağırıb.
"Bu ehtiyatsız və məsuliyyətsiz yanaşma bizi qəzəbləndirir. Bu, hücum edənlərin İran mülki əhalisi arasında çoxsaylı itkilərə səbəb olan cinayətkar hərəkətlərini gizlətmək və haqlı çıxarmaq üçün regionda genişmiqyaslı nüvə fəlakəti yaratmağa çalışdıqları təəssüratını yaradır. Vaşinqton və Qərbi Qüds Buşehr AES-ə edilən hücumların geri dönməz humanitar və ekoloji nəticələrə səbəb olacağını başa düşməlidirlər", -bəyanatda qeyd olunub.
Bəyanatda Rusiya mütəxəssisləri də daxil olmaqla, elektrik stansiyası işçilərinin həyatının təhlükədə olduğu qeyd edilərək, bunun tamamilə qəbuledilməz olduğu vurğulanıb.
Moskva sonda ABŞ və İsraildən hücumları dayandırmaq barədə çağırış edib: "Biz İrana heç bir əsas olmadan, ehtiyatsızlıqla və məsuliyyətsiz hücum edənlərdən ağlını başına gətirmələrini və İranın nüvə enerjisi infrastrukturuna hücumlar da daxil olmaqla, səbəbsiz təcavüzlərinə son qoymalarını tələb edirik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) və BMT bu məsələ ilə bağlı aydın və qətiyyətli mövqe tutmasını gözləyirik ".
Mürtəza