AZ

Bakı Avropa Məhkəməsinin qərarlarının icrasını dayandırıb

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsi tərəfindən nəzarət edilən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasında iştirakını dayandırıb.

Azpost.info bildirir ki, bu barədə AİHM-in 2025-ci il hesabatında  qeyd edilir.

Hesabata görə, Azərbaycan 2025-ci ildə Komitəyə yalnız iki təqdimat təqdim edib ki, bunlardan ən sonuncusu 18 mart 2025-ci il tarixində olub. O vaxtdan bəri Azərbaycan artıq AİHM qərarlarının icrasında iştirak etməyib. Bu da nəzarət mexanizminə ciddi təzyiq yaradıb.

Üzv dövlətlərə qarşı icrası gözləyən bütün işlərin 10%-ni (397) Azərbaycan təşkil edir. 31 dekabr 2025-ci il tarixinə olan məlumata görə, ödəniş məlumatı gözləyən 169 iş, o cümlədən altı aydan çoxdur ki, baxılmaqda olan 112 iş var.

Nəzarət prosesində bu qədər uzun müddət iştirakın olmaması ilə əlaqədar olaraq, Komitə AİHM qərarlarının icrasında irəliləyiş əldə etmək üçün Azərbaycan hakimiyyətini Katibliklə yüksək səviyyəli dialoqu bərpa etməyə çağırıb.

AzPost.az

Seçilən
15
azpost.info

1Mənbələr