AZ

Rebrov İsveçə məğlubiyyətin səbəbini belə izah etdi

DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında İsveç yığmasına uduzaraq (1:3) mundiala vəsiqə uğrunda mübarizəni dayandıran Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Həmişə inanmışam və yenə inanıram ki, oyunun taleyini dəyişmək olardı. Oyunçulara tapşırıqlar verdim, əvəzləmələr etdik... Futbolçularımız ikinci hissədə daha çox qol epizodu yaratmağa, rəqibin cərimə meydançasına yüklənməyə çalışdılar. Amma İsveç yığması bu gün üç mərkəz müdafiəçisi ilə oynayırdı. Belə müdafiəni yarmaq həmişə çətindir. 

Viktor Dyökereş nəyin hesabına "Arsenal"da oynadığını, niyə ən yaxşı hücumçulardan biri olduğunu sübut etdi. Belə oyunlarda qələbə qazanmaq istəyirsənsə, öz maksimal səviyyəni göstərməlisən. Ayrı-ayrılıqda heç kimdən danışmaq istəmirəm, amma biz komanda şəklində maksimal gücümüzü ortaya qoya bilmədiyimiz üçün uduzduq. Oyunun əvvəlində qıcıqlandırıcı səhvlər etdik. Birinci qolda taktiki səhvə yol verdik. Rəqibin müdafiə xəttimuzin arxasına açılmasına reaksiya verməyi bacarmadıq. İkincini də özünüz gördünüz... Təəsüf ki, belə səviyyəli qarşılaşmalarda heyətində top liqalarda çıxış edən futbolçular olan komanda ilə rəqabət aparmaq çətindir".

İsveç pley-offun finalında Polşa yığması ilə üz-üzə gələcək. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq DÇ 11 iyun - 19 iyul aralığında, ABŞ, Kanada və Meksikada keçiriləcək.

Toğrul

Seçilən
1
1
fanat.az

2Mənbələr