AZ

NATO-nun hesabatında Azərbaycan-Ermənistan münasibəti: Hazırıq

NATO-nun baş katibi Mark Ruttenin 2025-ci il üçün illik hesabatında Cənubi Qafqazdakı vəziyyətə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərə xüsusi diqqət yetirilir.

Publika.az xəbər verir ki, sənəddə, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam edən təsirini nəzərə alaraq, regionun NATO təhlükəsizliyi üçün əhəmiyyəti vurğulanır. Bu fonda Alyans Ermənistan-Azərbaycan dialoqunun inkişafına müsbət yanaşır.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə NATO Ermənistan və Azərbaycan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayıb və ABŞ-ın danışıqlar prosesinin irəliləməsinə verdiyi töhfəni qəbul edib.

2025-ci ilin avqust ayında sülh müqaviləsinin paraflanması xüsusilə diqqətəlayiqdir. Sənəddə bu addımın münasibətlərin normallaşdırılması və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu bildirilir.

NATO həmçinin hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edir.

Seçilən
17
publika.az

1Mənbələr