AZ

Azərbaycandan tranzit region üçün yeni imkanlar yaradır - Qriqoryan

Azərbaycan vasitəsilə Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının genişlənməsinə imkan yaradır.

Trend xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Şımkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

O qeyd edib ki, bu, nəqliyyat-logistika infrastrukturunun diversifikasiyasının xarici ticarətin stimullaşdırılmasına verdiyi töhfənin aydın nümunəsidir.

Qriqoryan daxili bazarların qorunmasından danışarkən vurğulayıb ki, sistemli monitorinq yalnız yaranan disbalansları operativ aşkar etməyə deyil, həm də daxili bazarın qorunması və yerli istehsalçıların dəstəklənməsi üçün effektiv tədbirlər hazırlamağa imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
3
olaylar.az

4Mənbələr