AZ

Koxalski MLS-ə getməyib: “Premyer Liqada oynamaq istəyirəm”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə Premyer Liqasında oynamağı əsas hədəf kimi gördüyünü bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, bu barədə  sport.pl portalına müsahibəsində deyib:

“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. ‘Liverpul’da keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.

Qolkiper ABŞ-dan MLS təklifini rədd etdiyini də açıqlayıb:

“ABŞ-dan təkliflər var idi, amma MLS-ə transfer olmağı qəbul etmədim. Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.

Seçilən
46
idmanxeber.az

1Mənbələr