“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə Premyer Liqasında oynamağı əsas hədəf kimi gördüyünü bildirib.
İdmanxeber.az-ın məlumatına görə, o, bu barədə sport.pl portalına müsahibəsində deyib:
“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. ‘Liverpul’da keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.
Qolkiper ABŞ-dan MLS təklifini rədd etdiyini də açıqlayıb:
“ABŞ-dan təkliflər var idi, amma MLS-ə transfer olmağı qəbul etmədim. Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.