AZ

Böyük Britaniyada dəhşət: 18 yaşlı gənc...

Böyük Britaniyanın Şimali Uels bölgəsində yerləşən Prestatin qəsəbəsində "Amerikan Psixosu" və "Dexter" kimi zorakı filmlərin pərəstişkarı olan autizmli 18 yaşlı Tristan Roberts müəllimə anası 45 yaşlı Angela Shellisi qətlə yetirib.

"Cebheinfo.az" xəbər verir ki, Tristan Roberts uzun müddət davam edən narazılıq və psixoloji gərginliyinə görə anasını məsul tutub.

Tristan əvvəlcə anasını bir otağa kilidləyib, daha sonra təxminən dörd saat ərzində ona çəkiclə hücum edib və boğmağa cəhd göstərib. Bu dəhşətli anları isə videoya çəkib.

Daha sonra anasına xəstəxanaya gedəcəklərini deyərək onu kənd ərazisinə aparıb və amansızcasına qətlə yetirib.

Cinayətdən təxminən 50 dəqiqə sonra evdə qan izlərini ağartıcı vasitə ilə silməyə çalışan gənc polis tərəfindən yaxalanıb.

Onun kompüterində anasından intiqam almaq istədiyini göstərən və “Mən Tristan Roberts deyiləm, Aleksəm” ifadələrinin yer aldığı fayl aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, Tristan cinayətdən bir neçə həftə əvvəl süni intellekt tətbiqinə “təcrübəsiz qatillər” mövzusu ilə bağlı suallar ünvanlayaraq bıçaq və ya çəkicdən hansının istifadə edilməsinin daha məqsədəuyğun olduğunu soruşub.

Həmçinin müəyyən edilib ki, o, ilkin olaraq cavab verməkdən imtina edən süni intellekt sistemini guya serial qatillər haqqında kitab yazdığını bildirərək aldadıb və bu yolla cinayəti törətmək üçün məlumat əldə edib. 

Məhkəmə qarşısına çıxarılan Tristan Roberts ömürlük azadlıqdan məhrum edilib.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr