AZ

Rebrov gələcəyi haqqında: “Tezliklə müqaviləm başa çatır”

Ukrayna millisi DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında İsveçə 1:3 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Sergey Rebrov yığmadakı gələcək perespektivini şərh edib:

“Mənim gələcəyim? Tezliklə müqaviləm başa çatır. Baxaq görək, necə olur. Hələ ki Ukrayna Futbol Federasiyasından təklif olmayıb, dəvət gəlsə, düşünəcəm. İki aydan sonra müqaviləm başa çatır. Onda hər şeyi biləcəksiniz. Mənim hələ bir oyunum da var”.

Qeyd edək ki, İsveç millisi Ukrayna üzərində qələbədən sonra finala çıxıb və Polşanın rəqibi olub. Ukrayna isə mübarizəni dayandırıb.

Seçilən
35
msport.az

1Mənbələr