AZ

Dolların üzərində ABŞ prezidentinin imzası olacaq – İlk dəfə


ABŞ Prezidenti Donald Trampın imzası gələcəkdə kağız dollarların üzərində dərc ediləcək və bu, vəzifədə olan Amerika lideri üçün bir ilk olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında öz əksini tapıb.
ABŞ Maliyyə Naziri Skott Bessent bunu ölkənin və şəxsən Donald Trampın nailiyyətlərini qeyd etməyin ən təsirli yolu adlandırıb.
O qeyd edib ki, Trampın Amerika valyutası üzərindəki imzası “Amerika iqtisadi dirçəlişinin qızıl dövrünün memarı” kimi tarixə verdiyi töhfəyə görə ən layiqli addım olacaq.
Həmçinin, bu addımın ABŞ-ın qurulmasının 250 illiyi ilə üst-üstə düşməsi planlaşdırılır.
Qeyd edək ki, 1776-cı ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi ABŞ-nin Britaniya İmperiyasından azad olduğunu elan edib. Bəyannamə Konqres tərəfindən 2 iyul 1776-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində qəbul edilib. İki gün sonra Konqres sənədin yenidən işlənmiş versiyasını təsdiq edib və onun çap olunmasını və ictimaiyyətə paylanmasını əmr edib. Buna görə də, 4 iyul Amerika Birləşmiş Ştatlarının təsis günü hesab edilir.
Seçilən
22
1
yeniavaz.com

2Mənbələr