AZ

Ərdoğandan beynəlxalq təşkilatlara ağır ittihamlar: “Aciz qalıblar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Strateji Kommunikasiya sammitinin iştirakçılarına göndərdiyi videomüraciətdə hazırda beynəlxalq sistemin ciddi bir legitimlik böhranı yaşadığını və mövcud strukturların qlobal problemlərə həll yolu tapmaqda aciz qaldığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, Ankaranın sülhə yönəlmiş qətiyyətli mövqeyinin davam edəcəyini vurğulayan dövlət başçısı bəşəriyyətin böhranların getdikcə kəskinləşdiyi olduqca çətin bir dövrdən keçdiyini diqqətə çatdırıb.

O, çıxışında qlobal idarəetmə mexanizmlərinin ədalətsizliklər qarşısında susduğunu və bu vəziyyətin dünya nizamına olan etibarı kökündən sarsıtdığını xüsusi qeyd edib.

Türkiyənin “Dünya beşdən böyükdür” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələri ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanı nəzərdə tutur – red.) şüarı ilə apardığı mübarizənin daha ədalətli bir dünya qurmaq məqsədi daşıdığını xatırladan R.T.Ərdoğan, beynəlxalq təşkilatların artıq bəşəriyyətin ehtiyaclarına cavab vermədiyini və köklü islahatlara ehtiyac duyulduğunu bildirib.

Xüsusilə regional münaqişələr zamanı nümayiş etdirilən ikili standartların qəbuledilməz olduğunu ifadə edən Türkiyə Prezidenti, yeni və ədalətli bir sistemin qurulmasının artıq bir seçim deyil, mütləq zərurət olduğunu vurğulayıb.

 

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr