AZ

Türkanda iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi açılıb

Türkanda

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.Ulusum.az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 26-da qəsəbə ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Cavanşir Muradov qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd edib. Daha sonra isə həmin silahla Vaqif Əmirova atəş açaraq onu qəsdən öldürüb.Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən saxlanılıb. İstintaq tədbirləri davam etdirilir.

Diqqət Çəkənlər

BƏƏ və Oman su altında QALDI

Kişilərdə artıq çəki ciddi risk yaradır

Psixoloji tıxaclar nədir və bunu necə həll edə bilərik?

Seçilən
9
8
ulusum.az

10Mənbələr