AZ

Tramp İrana 10 gün vaxt verdi

İranda etirazların dayanmasının əsas səbəbi sərt repressiyalar və silah tətbiqidir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ölkədə insanlar qorxu içindədir və hakimiyyət qüvvələrinin silahlı müdaxiləsi etirazların qarşısını alır:

“İnsanlar cəsarətli olsalar belə, bir-bir öldürüldüklərini gördükdə artıq küçələrə çıxmaq mümkün olmur. Onlara atəş açılır, bu isə snayperlər vasitəsilə, binaların üzərindən həyata keçirilir”.

Tramp eyni zamanda İranla danışıqlara da toxunaraq bildirib ki, rəsmi Tehran əlavə vaxt istəyib:

“Onlar daha çox vaxt istədilər. 7 gün tələb etmişdilər, lakin mən 10 gün vaxt verdim”, – deyə o qeyd edib./Gununsesi.info

Seçilən
20
turkustan.az

1Mənbələr