Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu gün Azərbaycanın U-18 voleybol üzrə milli komandası İspaniyada keçirilən Avropa çempionatı-2026-nın ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, C qrupunda yer alan voleybolçularımız İspaniya yığması ilə üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisinin C qrupunda digər rəqibləri Niderland və Estoniya komandalarıdır.
Leyla Eminova
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.