AZ

ABŞ İranda hədəfləri ələ keçirmək üçün bölgəyə 10.000 əsgər göndədir

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İran daxilində müxtəlif hədəfləri ələ keçirmək üçün qoşun yerləşdirmək ssenariləri hazırlayır.

Ölkə.az “CNN International”a istinadən xəbər verir ki, Pentaqon rəsmiləri müharibənin növbəti mərhələyə keçməsi üçün hazırlıqları başa çatdırıblar. 

Pentaqonun hazırladığı hesabatda ABŞ-ın hər hansı bir səhv addımının müharibəni daha qanlı və daha uzunmüddətli münaqişəyə çevirə biləcəyi bildirilir. Sənəddə eyni zamanda Trampın bölgəyə minlərlə əlavə əsgər göndərmək əmri verərkən belə bir ehtimala qarşı tərəddüd etdiyi qeyd olunub.

Hesabatda diplomatik səylərin davam etdiyi vurğulansa da, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi və Trampın qələbəsini elan etməsinə icazə verilməsinin məhdud seçimlər olduğu qeyd edilib.

“Wall Street Journal”un (WSJ) məlumatına görə, İranla danışıqlar davam edərkən ABŞ Yaxın Şərqə qoşun göndərmək planları da hazırlayır.

Pentaqon rəsmiləri nəşrə bildiriblər ki, müzakirələr davam edərkən Prezident Donald Trampa daha çox hərbi seçim təmin etmək üçün Yaxın Şərqə əlavə 10.000 əsgər göndərməyi nəzərdən keçirir.

Məlumata görə,  bölgəyə təxminən 5000 dəniz piyadası və 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgərə əlavə olaraq göndəriləcək.

Digər tərəfdən, qoşunların Yaxın Şərqdə yerləşdiriləcəyi dəqiq yer barədə heç bir məlumat verilməyib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli də qoşunların yerləşdirilməsi ilə bağlı bütün açıqlamaların Pentaqon tərəfindən veriləcək.  "Əvvəllər də qeyd etdiyimiz kimi, bütün hərbi variantlar Prezident Trampın günədmindədir və onun qərarından asılıdır”, -o qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
olke.az

3Mənbələr