Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə bu gün start veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə 1/4 finalın iki qarşılaşması baş tutacaq.
Saat 15:00-da "Murov Az Terminal" "Turan"la, saat 17:00-da "Azərreyl" "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Bu raundun digər ilk oyunları martın 28-də olacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.
"Cebheinfo.az"