AZ

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regional təhlükəsizlik və normallaşmaya doğru önəmli addım idi.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Ruttenin 2025-ci illə bağlı hesabatında qeyd edilib.

“Cənubi Qafqaz, xüsusilə Rusiyanın Ukraynaya təcavüzünün regionda hiss olunduğu bir vaxtda, NATO-nun təhlükəsizliyi üçün vacibdir. 2025-ci ildə NATO Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əhəmiyyətli irəliləyişi alqışladı. Eləcə də, ABŞ-ın sülh prosesinə davamlı dəstəyini yüksək qiymətləndirdi. Ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regional təhlükəsizlik və normallaşma yolunda mühüm addım idi. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”, - hesabatda qeyd olunub.

Həmçinin əlavə edilib ki, 2025-ci ildə Azərbaycan tərəfdaş ölkələrlə hərbi sahədə təcrübə mübadiləsini artırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
6
axar.az

8Mənbələr