AZ

Əraqçi Quttereşlə DANIŞDI

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı ölkəsinin Hörmüz boğazında "düşmən gəmilərini" bloklamaq üçün qanuni hüququnu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Əraqçinin sözlərinə görə, Hörmüz boğazındakı hazırkı təhlükəli vəziyyət “ABŞ və sionist rejimin qanun pozuntusunun və təcavüzünün birbaşa nəticəsidir”.

Agentliyin məlumatına görə, nazir qeyd edib ki, düşmənlərə və onların müttəfiqlərinə məxsus və ya onlarla əlaqəli gəmilərin hərəkətinin qarşısını almaq sahil dövləti kimi İranın qanuni hüququdur.

Əraqçi vurğulayıb ki, İran hakimiyyəti boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək məsuliyyətini dərk edərək "lazımi tədbirləri görüb".

Aminə ŞAHSUVARQIZI

Seçilən
26
redaktor.az

1Mənbələr